Fotosessiya
Fotosessiya

“Fəryad 2”dən görüntülər...

“Fəryad 2”dən görüntülər...

Xalq artisti Vaqif Mustafayevin “Həyat, deyəsən gözəldir” (Fəryad 2) tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb. 

OLAY yazır ki, bu barədə “Azərbaycanfilm” kinostudiyası məlumat yayıb.  Qeyd olunub ki, ekran işinin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında baş tutub. 

Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. Azərbaycan ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir. 

Qeyd edək ki, filmə Gürcütandan aktyorlar cəlb edilib.  Azərbaycandan isə Sevinc Əliyeva, Taleh Yüzbəyov, Hikmət Rəhimov, Anaida (Nahidə) Rostovskaya və başqaları yer alıb.