İncəsənət
İncəsənət

Diqqəti Avstriyada Azərbaycan həqiqətlərini nümayiş etdirdi

Diqqəti Avstriyada Azərbaycan həqiqətlərini nümayiş etdirdi

Dünyaca məşhur Azərbaycan əsilli fotoqraf Rza Diqqətinin Avstriyada sərgisi baş tutub.

OLAY yazır ki, Diqqətinin “Qarabağın Ruhu" sülhə aparan uzun səyahət adlı sərgisində Qarabağda Xocalıdan Xarı Bülbül Festivalına və bir millətin gələcəyini yenidən inşa etmə cəhdlərinə qədər 30 illik əməyini əks etdirən vizual incəsənət nümunələri olan foto, video, musiqi, şəkil və hekayələri yer alıb.

Sərgidə böyük dağıntı və yenidənqurma layihələri, Ağdamdakı mənzillər və məktəblərdən Füzuli hava limanına və ağıllı kəndə qədər "Küllərindən dirçələn" adlı qısa metrajlı videofilm vasitəsi ilə nümayiş etdirilib.

Sərgi fotoqrafın Qarabağ haqqında Vyanadan başlayaraq dünyanın bütün böyük şəhərlərində nümayiş etdirilməyə davam edəcək olan sərgilərinin birincisidir.