Bakıda gecə klubunda partlayışa görə həbs edilən aktyor-bloger Rəsul Rəsulov apellyasiya şikayəti verib.
OLAY yazır ki, bu barədə APA-ya onun vəkili məlumat verib. O bildirib ki, onlar ötən gün Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi qərardan şikayət veriblər:
“Rəsul Rəsulov 3-cü qrup əlildir, astma xəstəliyindən əziyyət çəkir. Həmçinin himayəsində yataq xəstəsi olan anası var”.