Olay
Olay

Partlayışa görə Rəsul da həbs olundu

Partlayışa görə Rəsul da həbs olundu

Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə ikisi klubun rəhbərliyindən olmaqla, üç nəfər həbs olunub. 

OLAY yazır ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən aktyor- bloger Rəsul Rəsulov da tutulub.

Həbs olunan digər şəxslər həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur. 

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.