İncəsənət
İncəsənət

Azərbaycan ilk dəfə Kann Lions münsiflər heyətində təmsil olunacaq

Azərbaycan ilk dəfə Kann Lions münsiflər heyətində təmsil olunacaq

“Endorphin” agentliyinin yaradıcılarından biri olan Orxan Kərimov Kann Lions Beynəlxalq Yaradıcılıq Festivalında  ölkəmizi təmsil edəcək.

OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Orxan bildirib ki, “Direct Lions”  kateqoriyası üzrə  münsiflər heyətinin üzvü  seçilib.

Bu, Azərbaycanın bu nüfuzlu platformada ilk dəfə rəsmi iştirakıdır. Təmsilçimizin sözlərinə görə, bu təyinat həm onun şəxsi karyerası, həm də ölkənin yaradıcı sektoru üçün böyük addımdır:

“Azərbaycanın yaradıcı səsi artıq qlobal söhbətin bir hissəsidir. Mən 2025-ci ilin yaradıcı standartlarını formalaşdıracaq ideyaların seçimində iştirak edəcəyim üçün qürur duyuram” – deyə, bildirib.

Qeyd edək ki, O.Kərimov ötən günlərdə “Baku Flames” festivalı ilə dünyanın müxtəlif ölkələrindən spikerlər və marketinq sahəsində uğur qazanmış insanları bir araya toplamışdı.