İncəsənət
İncəsənət

Yalçın Rzazadə anıldı

Yalçın Rzazadə anıldı

Bu gün Azərbaycan Dövlət Mahnı Teatrında mərhum Xalq artisti Yalçın Rzazadənin anım konserti baş tutub.

OLAY APA-ya istinadən yazır ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyi İncəsənət və Qeyri-maddi İrs şöbəsinin müdiri Fərəh Acalova Xalq artistinin ölməz sənətindən söz açıb.

"Əsl sənətkarı onun tamaşaçısı, dinləyicisi, xalqı yaşadır və əsl sənətkar həmişə xalqın yaddaşında qalır. Yalçın Rzazadə də həqiqi sənətkar idi. Və daima yaddaşlarda qalacaq", - o bildirib.

Mərhum sənətkarın Azərbaycan kinosuna töhfəsindən bəhs edən şöbə müdiri onun səsinin və sənətinin daima incəsənətimizdə qalacağını qeyd edib: "Yalçın müəllim həm də Azərbaycan kinosuna öz töhfəsini vermiş, bir sıra filmlərimizdə əvəzsiz ifalarla yadda qalmışdır. Bunlardan "Dədə Qorqud", "Gün keçdi", "Baladadaşın məhəbbəti" kimi filmlərin adını çəkə bilərik".

Yalçın Rzazadənin həyat yolu haqqında videorolikin nümayişindən sonra tədbir konsert proqramı ilə davam edib.


İfaçılar ölməz sənətkarın repertuarından mahnılar ifa ediblər.