İçərişəhərdə 27 iyun tarixində keçirilməsi planlaşdırılan “Milli Geyimlər Günü” tədbiri təxirə salınıb.
OLAY yazır ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu məlumat yayıb.
Bildirilib ki, hava şəraiti ilə əlaqədar tədbir təxirə salınıb.
“Yeni tarix barədə yaxın günlərdə sizi məlumatlandıracağıq. Göstərdiyiniz anlayışa görə təşəkkür edirik və tezliklə görüşməyi səbirsizliklə gözləyirik”, - paylaşımda bildirilib.
Qeyd edək ki, tədbirin proqramında sərgi və yarmarka, milli rəqslər və dəfilələr, konsert proqramı və s. yer alıb.