Məşhur türk müğənni Hande Yener səhhəti ilə bağlı yayılan iddialara münasibət bildirib.

OLAY yazır ki, ötən illərdə döş xərçəngini erkən diaqnoz sayəsində məğlub edən sənətçi "Kimyaterapiya səbəbindən saçları tökülüb" iddiasını təkzib edib.

Hande Yener sosial media hesabında etdiyi paylaşımda bunları deyib:

“Səhhətimlə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılır. Ailə üzvlərim, dostlarım və məni sevənlər təşvişə düşərək mənə mesaj yazırlar. “Kimyaterapiyadan saçları tökülüb” deyə mənimlə heç bir əlaqəsi olmayan xəbər yayılıb. Ətrafımdakı hər kəs yaxşı olub-olmadığımı soruşur. Bu xəbərlərin hamısı yalandır, xahiş edirəm, onlara inanmayın. Elə dünən rutin müayinələrim üçün həkimdə oldum. Şükürlər olsun ki, hər şey qaydasındadır. Siz də mütəmadi tibbi müayinələrinizi laqeyd yanaşmayın.”

Kimyaterapiyadan saçları tökülür?