İncəsənət
İncəsənət

Putin Polad Bülbüloğlunu təltif etdi

Putin Polad Bülbüloğlunu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib.

OLAY yazır ki, bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2018-ci ildən Rusiyadakı diplomatik korpusun duayeni olub. 2024-ci ilin sentyabr 1-dən isə Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə deputat seçilib.