İncəsənət
İncəsənət

“TRT”nin daha bir serialı üçün final gözlənilir

“TRT”nin daha bir serialı üçün final gözlənilir

“TRT 1”də ekranla vidalaşmağa hazırlaşan seriallar sırasına biri də əlavə edilib.

OLAY yazır ki, telekanalın “Masumlar apartmanı”, “Dünya hali”, “Kıbrıs Zafere doğru” kimi ekran işlərindən sonra “Barbaroslar Akdenizin kılıcı" serialı haqda da final şayələri yayılıb.

Belə ki, baş rol Engin Altan Düzyatanın da layihədən ayrılacağı iddia edilib. Sonuncu bölümdə aktyorun canlandırdığı Oruç Reis obrazının ağır yaralanması və “Oruç reisi itirdik” sözlərinin səslənməsindən sonra Altanın seriala vida edəcəyi düşünülüb.

Deyilənə görə, reytinqlər çox aşağı olduğu üçün Engin bu qərarı verib. Digər tərəfdən isə layihənin xərcləri və baş rolların maaşları səbəbi ilə sezonun sonunda final edəcəyi deyilib.