Tanınmış reper ProMete ( Pərviz İsaqov) qadın həmkarı Asya Alizade ilə bağlı qalmaqallı açıqlamalar verib.

OLAY yazır ki, bu barədə o, “Pərvizə görə” layihəsində danışıb. Sənətçi Alizadənin Azərbaycanla assosiasiya olunmasından narahat olduğunu bildirib:

“Alizade reper kimi yaxşıdır, fiqur kimi yox. Alizadənin Azərbaycanla assosiasiya olunması məni narahat edir. Demirəm, sərhədlərim var. O, Azərbaycanda olub bunu etsəydi, onu daha çox qəbul edərdim. Məsələ budur ki, beynəlxalq arenaya çıxanda daha diqqətli olmalıyıq. Bizim vermək istədiyimiz mesaj budurmu? O baxımdan məni narahat edir”.