Aktyor cütlük Hazal Kaya və Ali Atayun xaricə köçməyə hazırlaşır.
OLAY yazır ki, 2019-cu ildə ailə quran və iki övlad sahibi olan cütlüyün yeni ünvanının Amsterdam olacağı barədə məlumatlar yayılıb.
Ali Atayın uzun müddətdir planlaşdırdığı xarici layihələr və şirkət qurmaq məqsədləri səbəbindən ailənin birlikdə köçmək qərarı verdiyi irəli sürülür.
Aktyorluq fəaliyyətləri ilə yanaşı müxtəlif layihələrə də investisiya yatıran cütlüyün yaxın dövrdə həyatlarının mühüm hissəsini Amsterdamda keçirməsi gözlənilir.