Rusiyanın Əməkdar artisti Qalina Sverbilova dünyasını dəyişib.
OLAY yazır ki, Bu barədə N.Sats adına Moskva Dövlət Akademik Uşaq Musiqili Teatrı məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, mərhum sənətkar adıçəkilən teatrın ilk aktrisası olub. O, bu mədəniyyət müəssisəsinin yaradılmasının başlanğıcında dayanıb, məşhurlaşmasında böyük rol oynayıb.
Sverbilova 1937-ci ildə anadan olub və Qnessin adına Musiqi-Pedaqoji İnstitutunda təhsil alıb. İkinci kurs tələbəsi kimi sənətçi yeni təşkil olunmuş teatr truppasına qoşulub və “Morozko” tamaşasında baş rolda oynayıb. Aktrisanın ən məşhur rolu “Üç şişman adam” filmindəki Suokdur.
Eyni zamanda, teatrın nümayəndələri Sverbilovanın səsinin bütün Sovet İttifaqında uşaqlara tanış olduğunu söyləyiblər. Onun iştirakı ilə bir çox tamaşalar radioda yayımlanıb və plastinkalar formasında satışa çıxarılıb.