Xalq artisti Mehriban Zəki Xurşudbanu Natəvanı canlandırdığı “Şuşanın tək incisi” sənədli bədii filmi barədə paylaşım edib.
OLAY yazır ki, sənətçi layihə haqda təəssüratlarını izləyiciləri ilə bölüşüb:
“2022-сi ilin dekabrında böyük Natəvanın 190 illiyinə həsr etdiyimiz bədii sənədli filmi – “Şuşanın tək incisi”ni çəkdik. Günay Əfəndiyevanın ideyası, Ülviyyə Heydarovanın ssenarisi, Zəhra Quliyevanın rejissorluğu və prodüserliyi ilə qısa zamanda balaca bir komanda ilə filmi ərsəyə gətirdik.
Bu günlərdə Fransada Natəvanın heykəlinə qarşı törədilən vandallıq yenə Natəvanın acı taleyinin davamıdır. Amma deyim ki, Natəvan böyükdür, dahidir, uludur və yaşayır. Çünki bu gün də bir çox nadanları narahat edir onun varlığı. Bu film şəxsən mənim üçün çox böyük önəm daşıyır”.
Qeyd edək ki, ekran işi ötən gün Mədəniyyət Televiziyasında yayımlanıb.