Prezident İlham Əliyev Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə ilə bağlı Sərəncam imzalayıb.
OLAY yazır ki, sərəncama əsasən, Azərbaycan memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elbay Ənvər oğlu Qasımzadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah E.Qasımzadənin 75 yaşı tamam olur.