“Xəstəliyi uzun müddətdir davam edirdi. Xərçəngdən əziyyət çəkirdi”.
Bu sözləri OLAY-a açıqlamasında AzDrama-nın direktoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə mərhumla vida mərasimində söyləyib.
O, mərhum Ramiz Məliklə bağlı fikirlərini belə ifadə edib:
"Həyatdır da, getdi. İncəsənət yolu keçən, görkəmli aktyor idi. Sözün düzü, iki ildir artıq onu çox diqqətdə saxlayırdıq. İstər ad günlərində, istər digər günlərdə sadəcə baş çəkirdik, daima diqqətimizdə idi. Hətta sonuncu dəfə son tamaşaya rol belə verdik, yəni, o da rol almışdı. Böyük coşqu ilə, böyük həvəslə “gəlib, oynayacağam” deyirdi. Yəni, ümidimiz var idi ki, ən azından son tamaşada rol alacaq. Biz onu videolara çəkəcəkdik deyə, tamaşanın bir bölümündə iştirak etməli idi, qismət olmadı, Allah rəhmət etsin. Çox güclü, böyük sənət məktəbi keçmiş aktyor idi.
Sonuncu dəfə bir həftə əvvəl telefonla danışdıq, hər halda, mən onu yenə teatra dəvət etdim ki, imkan olsa, bir ara da gəlin. Çünki təkrar edirəm, “Əsrə bərabər gün”də biz ona rol həvalə etmişdik. Söylədi ki, bir az özümü yaxşı hiss edim, gələcəyəm. Amma dünən, srağagün yoldaşı ilə danışırdıq. Bildirdi ki, vəziyyəti kritikdir. Ruhu şad olsun”.