Oktyabrın 5-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.
OLAY yazır ki, Azərbaycan Milli İncəsənət Muzeyində baş tutan tədbirin açılışını mədəniyyət naziri Anar Kərimov edib.
Nazir bildirib ki, sözügedən təqdimat pandemiya səbəbindən gecikib:
“İstədik ki, tədbirimizi İncəsənət Muzeyində keçirək. Vaxt da təsadüfi deyil, bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müəllimlərdən ayırmıram. Müəllimlərin auditoriyası sinif otağıdırsa, sizin də silahınız səhnədir”.
Daha sonra mədəniyyət naziri Anar Kərimov mükafatları təqdim edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Təltif olunanların siyahısı:
"İstiqlal" ordeni
Qasımova Xuraman Əkrəm qızı
“Şərəf” ordeni
Kərimova Flora Ələkbər qızı
"Əməkdar artist" fəxri adı
Ağayeva Həcər Maqsud qızı
Dubovitskaya Mariya Aleksandrovna
Əmirbəyov Oleq Arnoldoviç
Hacıyeva Natavan Nizami qızı
İmranova İnna Aleksandrovna
Kimaşeva Bella Vladislavovna
Məmmədov Murad Məmməd oğlu
Omelçenko Yuri Vladimiroviç
Rəhimov Teymur Əsgər oğlu
Sokolenko Milana Aleksandrovna
"Əməkdar mədəniyyət işçisi" fəxri adı
Məmmədov İlham Əli İslam oğlu
3-cü dərəcəli “Əmək” ordeni
Baliyeva Natalya Gennadyevna
Əmirbəyova Rita Cəmil qızı
“Tərəqqi” medalı
Lerman Viktoriya Anatolyevna
Rudıçev Nikolay Nikolayeviç
Saprıkina Lyudmila Qennadiyevna
Fotolar: Nuran Məmmədov