Bakıda anadan olan Rusiya yazıçısı İlya Ştemler 89 yaşında dünyasını dəyişib.
OLAY yazır ki, o, Sankt-Peterburqda koronavirusdan vəfat edib.
Qeyd edək ki, İ. Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində anadan olub. Özünü ədəbiyyata həsr edən İlya “Qalmaq üçün getmək”, “Taksi parkı”, “Univermaq”, “Arxiv” və başqa əsərlərin müəllifidir.