Akademik Rus Dram Teatrının aktyorları İbrahim Çingiz və Murad İsmayıl Rusiyaya yollanıb.
OLAY yazır ki, sənətçilər Sankt-Peterburqda təşkil olunmuş teatr festivalında ölkəmizi təmsil edirlər. Onlar bu barədə sosial media hesablarında məlumat verib:
“Teatr-festival “Балтийский дом” tərəfindən Sankt-Peterburqda təşkil olunmuş yay məktəbinə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Ermənistan teatrlarından gənc istedadlar cəlb ediliblər. Ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Buradan vətənə yeni bilik baqajı ilə qayıdacağıq”.
İ.Çingiz daha sonra paylaşım edərək yoğrun olduğunu bildirib:
“Əslində, çox yorğunam. Son həftələr 1 dəqiqə belə dayanıb, nəfəs dərməyə vaxtım olmayıb. Amma gülümsəyirəm, çünki çox razıyam halımdan. Gözəl xəbərlərlə Bakıya qayıdacağam!”.