Rusiyanın Xalq artisti Filipp Kirkorovun atası Bedros Kirkorov reanimasiyadadır.

OLAY yazır ki, ona  xroniki ürək çatışmazlığı diaqnozu qoyulub.

90 yaşlı Kirkorovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı Xalq artistinin mətbuat katibi Yekaterina Uspenskaya da təsdiqləyib.

“Ürək çatışmazlığına səbəbkarı koronavirusdur. İndi o, Vişnevski İnstitutunda reanimasiyadadır. Vəziyyəti ağır qiymətləndirilir”.

90 yaşlı Kirkorovun vəziyyəti ağırdır