Xalq artisti Röya Ayxan Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib.
OLAY yazır ki, estrada ulduzu Kazımovanın “Uzaqlıq” mahnısını səsləndirib.
Eldar Mansurovun musiqisi, Vahid Əzizin sözləri əsasında ərsəyə gələn mahıya R. Ayxan yeni nəfəs verib.
Sənətçi klipdə 3 fərqli obrazda kamera qarşısına keçib.
Klipin rejissoru Delee Oruclu, montaj və rəng həlli Ravil Askerov, aranjimanı isə Camal Qurbanov tərəfindən həyata keçirilib.
Layihənin səsyazma, miks-masterinq və prodakşn işlərini Toufan Records həyata keçirib.