Son bir ildə Hollivudda ifrat dərəcədə arıqlıq trendi daha da güclənib.
OLAY yazır ki, ötən illə müqayisədə bir neçə ölçü daha arıq görünən məşhurların siyahısı hər gün artır. Sosial şəbəkələrdə artıq həyəcan təbili çalınır, 2000-ci illərin modelləri ilə indiki aktrisaların görünüşü müqayisə edilir. 2010-cu illərdə populyar olan bədən pozitivliyi trendi uzun sürmədi — ağrılı dərəcədə arıq bədən quruluşu, “qəhvə + siqaret” tipli pəhrizlər və iştahanı azaltmaq üçün müxtəlif preparatlar yenidən dəbə qayıdıb.
TikTok və İnstaqramda 20 il əvvəl top modellərin və məşhurların necə göründüyü indiki arıqlıqlarına görə tənqid olunan ulduzlarla — Ariana Qrande, Demi Mur, Emma Stoun, Lili Kollinz, Nikol Kidman və başqaları ilə müqayisə edilir. Sosial şəbəkələrdə ən çox tənqid olunanların 33 yaşlı Ariana Qrande və 63 yaşlı Demi Mur olduğu müzakirə edilir. Son bir neçə ayda isə nəzərəçarpacaq dərəcədə arıqlayan məşhurların sırasına bir çox həmkarları da qoşulub: Cenna Orteqa, Oliviya Uayld, Kelli Osborn, Şarliz Teron və “Euphoria” serialının ulduzu Aleksa Demi.