Döymə ustası Coş Lord 2018-ci ildə aktyor Kris Evansın qabırğalarına “Qisasçılar” filminə həsr olunmuş xatirə döyməsinin çəkilməsi prosesini əks etdirən arxiv görüntülərini yayımlayıb.
OLAY yazır ki, komandanın loqosu ilə 6 rəqəmini birləşdirən döyməni franşizanın final hissəsi ekranlara çıxmazdan əvvəl orijinal heyətin beş aktyoru etdirib.
Pərəstişkarlar Marvel ulduzlarının dostluğunu əks etdirən bu duyğusal jesti, eləcə də aktyorun fiziki formasını yüksək qiymətləndiriblər.