Şairə Nazilə Səfərli paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, o, Xalq artisti Alim Qasımovun müğənnilərdən birinin toyu üçün istədiyi qonorarla bağlı müzakirələrdən söz açıb.
Nazilə sənətkarların belə bir məbləğ tələb etməsini normal sayıb:
“Ölkədə nə çox xanəndə, müğənni, sənət adamı var. Əksəriyyətinə də şərəf olar ki, bir neçə xalq artistlərimiz onların toyuna gəlsin. Oğulumun toyu ərəfəsində mən də istəmişdim. Onların qonorar istəməsi çox normaldır. Sevilən sənətkarlar (sayca üç-beş)hamının toyuna pay gəlsə, nə ilə dolansınlar. Bir neçə sənət nümaəndəsi var ki, onlar heç kimin toyuna ödənişsiz getmir. Düz də edir. Ali səviyyədə özlərinə əmək verən hər kəs öz dəyərini uca tutduğu üçün qınaq obyekti olmamalıdır. Pulunu ver, şəkilini çəkdir, misalının tam yeridir. Arzular Satılır”.
Qeyd edək ki, ifaçılardan biri A. Qasımovu toyunda dəvət etdiyini, xanəndənin çıxış üçün 15 min manat istədiyini iddia edib.