29 yaşlı aktyor Timoti Şalamenin sevgilisi Kayli Cenner “Bachelorette Weekend” serialında baş rolu canlandıracaq.
OLAY yazır ki, Cenner həmçinin layihənin icraçı prodüseri olacaq. Hazırda serialın tam mövsüm sifarişi ilə bağlı “Hulu” striminq platforması ilə razılaşmanın yekunlaşdırılması mərhələsindədir.
Bu, Kayli Cenner üçün ilk böyük aktrisalıq rolu olacaq. O, bundan əvvəl yalnız realiti-şoularda, səsləndirmə layihələrində iştirak edib.
Serialın süjetinə görə, Kaylinin canlandırdığı obraz toydan əvvəl keçirilən subaylıq gecəsindən sonra hovuzda ölü tapılır. Onun bütün yaxın rəfiqələri avtomatik olaraq şübhəlilər sırasına düşür. Cennerin obrazı ölsə də, baş verən qətlin sirri fləşbeklər vasitəsilə tədricən açılacaq.