“Warner Bros.” və “DC Studios”un Robert Pattinsonun baş rolda olduğu “Batman 2” filminin istehsalı müvəqqəti olaraq dayandırılıb.

OLAY yazır ki, rejissor Mett Rivs ailəvi səbəblərə görə işə fasilə verib. Bununla belə, studiya prosesə yaxın zamanda qayıdılacağını bildirib.

Studiyanın açıqlamasında deyilir: “”Batman 2”nin çəkilişləri Mett Rivsin ailəvi məsələ ilə məşğul olduğu müddətdə müvəqqəti olaraq dayandırılıb. Mett “DC Studios”un tam dəstəyinə sahibdir və yaxın zamanda işimizi davam etdirməyi səbirsizliklə gözləyirik.”

Fasiləyə qədər filmin çəkilişləri Londonda davam edirdi. Filmin premyerası 18 fevral 2028-ci il tarixinə planlaşdırılıb. Mənbələrin məlumatına görə, çəkilişlərə verilən fasilənin filmin nümayiş tarixinə təsir edib-etməyəcəyini söyləmək hələ tezdir.

Ailə məsələlərinə görə “Batman 2”nin çəkilişi dayandı