Reper Kanye Uestin adı hərbi əməliyyatlar zamanı istifadə olunacaq İsrail mərmisinin üzərində yazılıb.

OLAY yazır ki, israilli MMA döyüşçüsü Haim Gozali mərminin fotosunu X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yerləşdirib.

“Kanye Uest Qəzzaya uçur”, - deyə, orada yazılıb.

Yazının döyüşçünün özü tərəfindən, yoxsa onun xahişi ilə kimsə tərəfindən edildiyi məlum deyil.

“Kany, sən yəhudiləri sevmirsən. “Deməli, biz də sizi sevmirik”, - deyə o, Uestin anti-semit bəyanatlarına işarə edərək, paylaşımına altına yazıb.

Kanye Uestin adı İsrail mərmisinin üzərinə yazıldı