Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov aktyor İbrahim Çingizi təltif edib.

OLAY yazır ki, bu barədə İbrahim özü paylaşım edib. A.Ələkbərov “44” filminin təqdimatında ekran işinin baş rolu olan İbrahimə xatirə diplomu bağışlayıb.

Qeyd edək ki, “44” bədii filmi İkinci Qarabağ müharibəsindən bəhs edir. Layihə  15 oktyabr 2026-cı il tarixində Azərbaycanın bütün kinoteatrlarında nümayişə başlayacaq.

Anar Ələkbərov İbrahim Çingizi təltif etdi