“Netflix”, “Zoom” və “ChatGPT” üçün “ƏDV” qaydası dəyişib, artıq vergini bank deyil, platforma hesablayacaq.

OLAY Modern.az-a istinadən yazır ki, mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  açıqlama verib.

Deputat bildirib ki, bu cür ödəniş qaydası istifadəçilərin platformalardan daha ucuz istifadə etməsinə gətirib çıxaracaq.