Amerikanın Florida ştatında uşaqların sosial mediaya girişinə məhdudiyyət tətbiq ediləcək.

OLAY yazır ki, həmin ərazidə 14 yaşından kiçiklərin sosial media hesabı açmaları qadağan olunacaq və mövcud hesablar silinəcək.

14-16 yaş aralığında olanların girişinə isə məhdudiyyətlər qoyulacaq. Belə ki, onlar yalnız valideyn icazəsilə sosial mediaya daxil ola biləcəklər.

Qeyd edək ki, qərar təsdiq olunsa da, 1 yanvar 2025-dən qüvvəyə minməsi gözlənilir.