Zamiqi sevirik, mahnıları, sənəti, geyim tərzi filan gözəldir, amma Allah eşqinə bu fotolar niyə ad günü postu olsun axı?
Hər iki əlində qol aksessuarının olması iticidir. Adi gündə paylaşsaydı, fotolar detal olaraq deyil də, #streetstyle olsaydı, gözə batmazdı. Şərfli paylaşım bu günə qalmışdı? Qollarıyla da sıxıb ki, şərf düşməsin, libas kimi görünsün.
Toya başqasının bir ölçü kiçik paltarıyla gələnlər kimi görünüb. Çiynin çıxıntılarını, boyunbağıdan asılan eynəyi demirəm hələ…
Şərf reklamı olsaydı, deyərdim, əşi, olan şeydi.
Bir də Zamiq soyunmaq istəyib də, soyuna bilməyən qız bürcü komplekslərini kənara atsa, yaxşı olar. Quş öldü, beybi…