WOW
WOW

Edis dünya turuna Bakıdan başlayır!

Edis dünya turuna Bakıdan başlayır!

Türkiyənin məşhur pop ulduzu Edis növbəti Bakı konserti ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi 18 martda baş tutacaq tədbirin posterini izləyicilərlə bölüşərək, “Dünya stadion turu başlasın”, - deyə, qeyd edib.

Xatırladaq ki, Edis “Baku Crystal Hall”da sevənləri qarşısında çıxış edəcək. Konsertin biletləri sabahdan “iticket” platformasında satışa çıxacaq.

Qeyd edək ki, sənətçinin ilk Bakı konserti anşlaqla keçmiş, 2 gün baş tutan şouya 7000 adam qatılmışdı.