Olay
Olay

Bakıya gələcək türk qruplar...

Bakıya gələcək türk qruplar...

Son vaxtlar müxtəlif ölkələrdən sənətçilər konsert vermək üçün Bakıya üz tutur. Bunlar arasında türk musiqi qupları isə xüsusi diqqət çəkib. 

OLAY sözügedən musiqi qrupları və onların konsert tarixlərini təqdim edir:

“Mor ve Ötesi”

Türkiyənin sevilən qrupu “Mor ve Ötesi” 21 oktyabrda Bakı Konqres Mərkəzində pərəstişkarları qarşısında çıxış edəcək. Biletlərin qiyməti isə 15-190 AZN arası dəyişir. 

“Zakkum”

Məşhur musiqi qrupu möhtəşəm ifaları ilə 5 noyabrda “Elektra Events Hall”da səhnə alacaq. Biletlər 40-150 AZN arası dəyişir.

“Manga”

2010-cu ildə Avroviziya Mahnı Müsabiqəsində “We could be the same” mahnısı ilə Türkiyəni təmsil etmiş rok qrupu “Manga” 25 noyabrda Bakı Konqres Mərkəzində sevənləri qarşısında çıxış edəcək. Biletlərin qiyməti 55-150 AZN arası dəyişir.

“Kolpa” 

Məşhur türk qruplarından “Kolpa” 26 noyabrda “Elektra Events Hall”da səhnə alacaq. Biletlər 30-135 AZN arası dəyişir.

“Yüksek Sadakat”

Sevilən rok qrupu “Yüksek Sadakat” 9 dekabrda Azərbaycanda ilk dəfə çıxış edəcək. Qrup “Elektra Events Hall”da səhnə alacaq. Biletlər 30-135 AZN arası dəyişir.