WOW
WOW

Yanğınsöndürənlərin ənənəvi təqvimi hazırdır

Yanğınsöndürənlərin ənənəvi təqvimi hazırdır

Avstraliyalı yanğınsöndürənlərin hər il maraqla gözlənilən təqvimi hazırlanıb.

OLAY yazır ki, xeyriyyə məqsədilə hazırlanan 2023-cü il təqvimində yanğınsöndürənlərin at, pişik, it, koala kimi heyvanlarla verdiyi pozalar marağa səbəb olub.

Təqvim indiyədək 3,2 milyon dollar gəlir əldə edib. Yanğınsöndürənlərin fotolarıyla təkcə təqvimlər yox, Milad bayramı kartları da hazırlanıb.

Son 30 ildə təqvim satışlarından əldə edilən gəlir uşaqlarda ciddi yanıqları müalicə etmək üçün tibbi araşdırmaların artırılmasına, daha yaxşı sağalma üsullarının tapılmasına sərf edilir.