WOW
WOW

3 illik küsülülük bitdi

3 illik küsülülük bitdi

Bir müddət əvvəl qalmaqal yaşayan Xalq artisti Brilliant Dadaşova və Namiq Qaraçuxurlu bir araya gəlib.

OLAY yazır ki, sənətçilər toy məclislərinin birində rastlaşıb və foto çəkdirib.

Bu görüşdən şəkli onlar instaqram hesablarında paylaşıb.

Qeyd edək ki, iki məşhur arasında qalmaqal üç il əvvəl Zaur Kamalın “5/5” verilişində yaşanmışdı. Belə ki, Qaraçuxurlunun digər qonaqlar Sevil-Sevinc Səfərovalarla Zaurdan yaşını soruşması müzakirəyə səbəb olmuşdu. Verilişə telefon bağlantısı iləqoşulan Dadaşova “Elə qabiliyyətim yoxdur” deyərək bacılarla Namiqin aparıcının yaşını soruşmasına münasibət bildirmişdi. Meyxanaçı isə “Brilliant xanımın yaş kompleksi var. Ona görə elə deyir”, - deyə, vurğulamışdı. Daha sonra həmin proqramda qonaq olan Xalq artisti meyxanaçıya  “Onun xanımlarla mübahisə etmək kompleksi var” cavabını vermişdi.