WOW
WOW

“İslama haram olan çox şeylər edirəm”

“İslama haram olan çox şeylər edirəm”

Timatinin keçmiş sevgilisi, Rusiyanın məşhur modeli Anastasiya Reşetova İslam dinini qəbul etməsindən danışıb.  

OLAY yazır ki, ulduzun sözlərinə görə, belə bir qərar onun üçün asan olmayıb. 

“Mən utandım, çünki atam mömin xristiandır, mən pravoslav mədəniyyətində böyümüşəm. Lakin ürəyimi dinləyən biriyəm”,- deyə model bildirib. 

Reşetovanın dediyi kimi, rəfiqəsi onu dəstəkləyib və başqa bir inancı qəbul etməyə kömək edib.

Həmçinin model dinə mükəmməl əməl etmədiyini də gizlətmir: “Mən başa düşürəm ki, salehlikdən uzağam, hicabsızam, dinimizdə haram olan çox şeylər edirəm, amma hamımız övliya deyilik. Əsas odur ki, bir-birinizi mühakimə etməyək”.