Müğənni Ayaz Babayev dünyaca məşhur “Harper's Bazaar” jurnalında yer alıb.
OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat paylaşıb.
“Azərbaycandan ilk artist olaraq bu cür qlobal jurnalda yer almaq mənim üçün çox qürurvericidir. Bu bütün Ayaz sevənlərin uğurudur. Musiqilərim məni dünyanın hər tərəfinə aparacaq bundan sonra, adım qədər əminəm”, - deyə, ifaçı bildirib.
Fotolar isə jurnalın rəsmi instaqram hesabında paylaşılıb.