Xalq artisti Miri Yusif konsert öncəsi müsahibə verməməsinin səbəbini açıqlayıb.
OLAY yazır ki, bu barədə sənətçi “Şənbə axşamı” verilişinə qonaq olarkən danışıb.
O, başına gələn hadisədən sonra bu qərarı verib:
“Konsertdən bir ya iki gün öncə əsəbdən səsim batmışdı. Kiməsə əsəbiləşib qışqırdım, səsim batdı. Özü də konsert “Yaşıl Teatr”da, canlı ifadan ibarət idi. O zamandan bəri gözüm qorxdu. Dedim ki, nə badə…”.