Aparıcılar- Zaur və Günay Baxşəliyevlərin son açıqlaması maraq doğurub.
OLAY yazır ki, onlar öz verilişlərində illər əvvəl getdikləri toydan danışıblar.
Zaur deyib ki, toy aparmasalar da, illər öncə bir məclisdə çıxış ediblər:
“Biz toy aparmırıq, ona görə yox ki, pis baxırıq. Sadəcə vaxtımız yoxdur. Bir dəfə apardıq, çox tanınan ailə idi. Elə bir məqam idi ki, razılaşmalı olduq. Mən bri məblğ dedim ki, eşitsə, deycək lazım deyilsən, sən öz yerində biz də öz yerimizdə. Amma deyən kimi, qayıtdı ki, behi nə vaxt verək? On il bundan əvvəl 50 min manat verilir. Dedim, adam bu pulu verirsə, niyə getməyək”.