WOW
WOW

“Xəstəliyimə görə qızım həkim olmaq istəyir”

“Xəstəliyimə görə qızım həkim olmaq istəyir”

Aparıcı Elgiz Əkbər ailəsi ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “MTV Magazin”ə danışıb. Elgiz həm də qızı Lalənin arzusundan söz açıb:

“İnsan subay olanda, övladı olmayanda həyata baxışı başqa cür olur. Həyat valideyn olanda tamamilə dəyişir. Uşaqlarla bağlı bir hadisə baş verir, baxıb ağlayıram. İnsan öz övladını gözünün qarşısına gətirir ki, bəlkə mənim uşağım elə ola bilərdi, onun yerində olardı. Lalə həkim olmaq istəyir. Çünki ürək ağrılarım olur, təzyiq xəstəliyindən də əziyyət çəkirəm, o da görür ki, nəbzimi yoxlayırlar, dərman içirəm. Ona görə də özü kardioloq olmaq istəyir. Ailənin televiziyada nə işi var?! Mən televiziyada insanların qarşısına çıxıram, ailəmin orada nə işi? Onları niyə çıxarım? Nə qazanacam ki?!”.