Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı atası ilə bağlı xatirələrindən söz açıb.
OLAY yazır ki, o, bu haqda yeni ekrana gələn “Günaydın, Azərbaycan” verilişində danışıb. Valideynlərini proqramda qonaq edən aparıcı deyib ki, o, atasının ən çox sevdiyi övladı olub:
“Mən balaca uşaq idim, sənin iş yerinə, otağına gəlmişdim. Gəldim katibəni orada gördüm. Atamın da iş yerinə hər uşağı gedə bilməzdi. Getdim, gördüm. Ondan sonra atam mənə gizli pul verirdi. Hətta anam mənə bir dəfə ayrıca pul verdi. Atam da 300 rubl verdi, dedi ki, anan bilməsin”.