WOW
WOW

“Dedim, nikah mərasimini klinikanın akt zalında edək”

“Dedim, nikah mərasimini klinikanın akt zalında edək”

Müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramov nikah mərasimində başlarına gələn maraqlı hadisədən danışıb.

OLAY yazır ki, bu barədə onlar “Zaurla Günaydın” verilişində qonaq olarkən açıqlama veriblər.

Z. Bayramov deyib ki, nikahları pandemiya dövründə olduğu üçün müəyyən çətinliklərlə qarşılaşıblar:

“Nikahımız olanda hər yer bağlı idi. Heç yerə getmək olmurdu. Nikahlar balaca, idarə kimi yerdə olmalı idi. Sevda da ağlayırdı. Mən də təklif etdim ki, klinikanın akt zalı var. Oranı dekorlarla bəzəyərik, nikahımız orada olar. Sevda da çox pis olub. Axırda getdik, xahiş etdik, çətinliklər oldu, bizə o otağı açdılar. Heç soruşan olmadı ki, razısız, ya yox. Bir ikimiz idik, bir də fotoqraf”.