WOW
WOW

“Dedi ki, oğlun atasında qalsın”

“Dedi ki, oğlun atasında qalsın”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı birinci həyat yoldaşından ayrıldığı vaxtlardan danışıb.

OLAY yazır ki, bu barədə o, aparıcısı olduğu “Səni axtarıram” proqramında açıqlama verib.

O deyib ki, həyat yoldaşından ayrılanda atası ona övladını götürməməsini bildirib:

“Bəzən deyirlər, özündən niyə misal çəkirsən? Kimdən danışacam? Özümdən danışmalıyam. Həyatdır, heç kəs bilmir başına nə gələcək, mənim də həyatımda ayrılıq olub, yəqin atam izləyir, bu onun yaralı yeridir, pis olacaq. O vaxt dedi ki, uşaq qalsın atasında. Onda sual verdim ki, nə üçün gəlmisən, niyə mənim yanımdasan? Dedi, çünki mənim balamsan. Söylədim ki, sən öz övladını ata bilmirsənsə, həyatımı qoruyursansa, sevirsənsə, dərdimə sahib çıxırsansa, mən övladımı niyə atım? Onun nə günahı var?! Mən bunları 28 il əvvəl yaşamışam. Daha ağır vaxtlar idi. Valideylərim köçkün düşmüşdü. Heç bir iş yerim, dəstəkçim, köməyim yox idi. Tort, peraşki bişirib mağazaya satırdım”.

Qeyd edək ki, aparıcının ilk evliliyindən bir oğlu var. Onun müğənni Doğuşla nikahından isə əkiz övladları dünyaya gəlib.