WOW
WOW

Qadın olmaq üçün 1 milyon xərclədiyini açıqladı

Qadın olmaq üçün 1 milyon xərclədiyini açıqladı

Model Jessica Alves plastik əməliyyata və kişidən qadına keçidinə 1 milyon funt sterlinq xərcləyib.

OLAY yazır ki, o, bu barədə Daily Mail-ə müsahibəsində danışıb.

“Əməliyyatlara demək olar ki, 1 milyon funt sterlinq xərclədim və indi OnlyFans, brend əməkdaşlıqlar və televiziya şouları sayəsində yaxşı gəlir əldə edirəm. Xəyallarımdakı toy üçün əmanət hesabım var və ümid edirəm ki, bir gün bu baş verəcək”, - deyə model bildirib.

Alves qeyd edib ki, indiki bədənində özünü rahat hiss edir, lakin bu qədər əməliyyatdan sağ çıxmaq onun üçün asan olmayıb.