WOW
WOW

“Atamın mahnısını oxuyanlar məzarına gəlmədilər”

“Atamın mahnısını oxuyanlar məzarına gəlmədilər”

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov atasının sənət dostlarından gileylənib.

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“İstədim, bu mövzuya toxunmayım. Sonra fikirləşdim ki, niyə də reallığı deməyim? Bu incəsənət aləmində kim deyirsə, dost var, çox yalan danışır. 2017-ci ildə mənim nənəm rəhmətə getdi, demək olar ki, bütün müğənnilər məclisinə gəlmişdi. Çünki atam sağ idi, lakin 2021 ci ildə atam rəhmətə gedəndə çox az sayda müğənni gəldi. Ona görə ki, atam yox idi. Əgər pandemiyaya görədirsə, ölüm ildönümündə gələrdilər. Qəbrini ziyarət edərdilər. Sağlığında atama qardaş deyənlər də necə dəyişdisə, mən onların rol oynamalarına məəttəl qaldım. Bəstələdiyi, ifa etdiyi mahnıları efirlərdə oxuyan müğənnilər bir dəfə olsun atamın məzarı üstə gəlmədilər”, - deyə, P. Əşrəfov bildirib.