WOW
WOW

“Faladdin” Bakıya gəldi

“Faladdin” Bakıya gəldi

“Faladdin” tətbiqinin təsisçisi Sertaç Taşdelen komandası ilə birlikdə Bakıya gəlib.

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Sertaçın paytaxtımızda ilk falına baxdığı şəxs isə aparıcı və aktrisa Turanə Hüseynli olub.

Qeyd edək ki, Taşdelen “Foxy Platforma” influenser və reklam agentliyinin təsisçisi Xəyalə Məmmədovanın dəvəti ilə Bakıya gəlib.