Fotosessiya
Fotosessiya

“Pulla təsdiqlənib” - Turanə Mehinə söz atdı

“Pulla təsdiqlənib” - Turanə Mehinə söz atdı

Tanınmış aparıcı Turanə Hüseynli “Twitter” hesabındakı paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi ödəniş qarşılığında İnstaqramdan təsdiqlənmə butonu alanlara söz atıb.

“Pulla İnstaqram hesabıma təsdiqlənmə butonu alıb, sonra şampan, tort və fişənglərin fonunda, təntənə ilə qeyd etmək istəyirəm. İnstaqram şok”, - deyə, Turanə yazıb.

Qeyd edək ki, bu günlərdə influenser Mehin Oktaylının İnstaqram səhifəsi təsdiqlənib. Onun dostlarının isə bununla bağlı şənlik təşkil etməsi sosial mediada müzakirə olunmuşdu.