Devid Bekhem bir idman brendi ilə məhkəməlik olub.
OLAY yazır ki, o, razılaşma imzaladığı markanı şikayət edib. Belə ki, şirkətin vədlərə əməl etmədiyi öyrənilib.
5 illik anlaşmaya görə, Devid 1, 5 milyon dollar qazanmalı və müəyyən məbləğdə hissə əldə etməli idi. Bekhem isə bu deyilənlərin heç birini əldə etmədiyini söyləyib.
Brendin Bekhemin simasından istifadə etdiyi bildirilib. Nəticədə keçmiş futbolçu 20 milyon dollarlıq təzminat almaq tələbi ilə məhkəməyə müraciət edib.