WOW
WOW

“Gördüm çox “müğənniçilik” edir, başını buraxdım”

“Gördüm çox “müğənniçilik” edir, başını buraxdım”

Bu gün “Səhərin səsi” verilişinin canlı efirində həmkarı Sabir Əhmədovla qalmaqal yaşayan Elvin Mirzəzadə instaqramda paylaşım edib.

OLAY yazır ki, sənətçi mövzu barədə çox məlumat verməsə də, qısa statusla sözügedən hadisəyə toxunub.

Mirzəzadə “Axmaq adama verilən ən gözəl cavab susmaqdır”, - deyə, paylaşımda vurğulayıb. O, daha sonra sosial şəbəkələrdə bu sözləri yazıb:

 “Gördüm çox “müğənniçilik” edir , başını buraxdım”.

Qeyd edək ki, həmin proqramda iki ifaçı arasında gərginlik yaşanıb. Onlar studiyanı tərk edərək söhbətə kənarda davam ediblər.