Həyat yoldaşı Eşqin Cəlilovdan boşandığı iddia olunan müğənni Aysun İsmayılovanın sosial şəbəkələrdə növbəti şərhi diqqət çəkib.
OLAY yazır ki, o, prodüser Tarix Əliyevin “Ümid ilə gəl” verilişində səslənən fikirlərə münasibət bildirərək şiddət görməsi ilə bağlı iddiaların yayılmasına səbəb olub:
“Yaxşı kişi qadına əl qaldırmaz. Qadına gücü, kişiliyi döyərək yox, yaxşı saxlayaraq onu xoşbəxt edərək göstərirlər. O ki qaldı səhvə... Səhvi olanda bir şillə vurmaq olar nə deməkdi? Siz kişilərin səhvi olanda qadın nə etsin? İşin orasıdır, indi elə zəmanədəyik ki, səhvi olmadan ailəni saxlayan qadınlar da döyülüb-söyülür. Bu mövzu mənim yaralı yerimdir. Çox danışaram. Yaxşısı budur, mən susum. Qadına şiddətə yox!”.